Füzulidə mülki şəxslər minaya düşdülər - Ölən və yaralananlar var

17:50 02.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, minaya düşənlərdən 1-i yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.